Bu şirkətlər daimi 4 günlük iş həftəsinə keçir
Dünya
Böyük Britaniyada fəaliyyət göstərən 4 Day Week Foundation (4 Günlük Həftə Fondu) tərəfindən həyata keçirilən kampaniyaya ölkənin müxtəlif sektorlarından 200 şirkət qoşulub.
News24.az xəbər verir ki, 5000-dən çox işçisi olan bu şirkətlər daimi olaraq dördgünlük iş həftəsi prinsipini qəbul ediblər.
Bildirilib ki, şirkətlərdə həftəlik iş günü gəlir itkisi olmadan 32 saat təşkil ediləcək.
Sözügedən şirkətlərdən 30-u marketinq, reklam və mətbuatla əlaqələr şirkəti olduğu halda, bunu 29 xeyriyyə və qeyri-hökumət təşkilatı, 24 texnologiya, internet texnologiyaları və proqram təminatı şirkəti, 22 məsləhət və idarəetmə şirkəti izləyib.
Məryəm İlhamqızı