Bu tarixdə Yer Günəşdən uzaqlaşacaq

Bu tarixdə Yer Günəşdən uzaqlaşacaq Dünya

İyulun 6-da Yer öz orbitinin Günəşdən ən uzaq nöqtəsində — təxminən 152,1 milyon kilometr məsafədə olacaq.

News24.az xəbər verir ki, bu barədə Moskva Planetariyası məlumat yayıb.

Həmin gün Günəşin görünən diametri il ərzində ən minimum həddə — 31 buçaq dəqiqəsi və 31 buçaq saniyəsinə bərabər olacaq.

Vizual olaraq, göy cismi Yerin Günəşə ən yaxın olduğu yanvarın əvvəli ilə müqayisədə təxminən 3 faiz daha kiçik görünəcək.

Astronomların sözlərinə görə, bu fərqi adi gözlə görmək qeyri-mümkündür. Onu yalnız peşəkar kadrları müqayisə etdikdə fərqləndirmək olar.