Bu tarixlərdə Günəşdə partlayışlar ola bilər
Dünya
Sentyabrın 25-26-da Günəşdə güclü partlayışların baş verə biləcəyi açıqlanıb.
News24.az - ın məlumatına görə, qeyd olunan tarixlərdə M sinifli günəş partlayışlarının baş verməsi mümkündür.
Hazırda Günəşdə partlayış aktivliyi aşağı səviyyədədir, lakin M sinifli partlayış ehtimalı qalır.
Qeyd edək ki, günəş alovlanmaları rentgen şüalanmasının gücünə görə A, B, C, M və X siniflərinə bölünür. Güclü partlayışlar plazma püskürmələri ilə müşayiət oluna bilər. Bu buludların Yerə çatması isə maqnit fırtınalarına səbəb ola bilər.