Bütün zamanların ən yaxşı filmi seçildi: "Xaç atası"nı geridə qoydu

Bütün zamanların ən yaxşı filmi seçildi: "Xaç atası"nı geridə qoydu Dünya

Əfsanəvi rejissor Stiven Spilberqin 1975-ci ildə çəkdiyi "Jaws" ("Çənələr") filmi bütün zamanların ən yaxşı filmi seçilib.

News24.az xəbər verir ki, bu barədə “The Empire” kino jurnalının yenilənmiş "Tarixin 100 ən yaxşı filmi" reytinqində bildirilib.

Siyahı jurnalın oxucularının səsverməsi və kino tənqidçilərinin rəyləri əsasında hazırlanıb.

Reytinqdə "Çənələr"in ilk pillədə qərarlaşması bir çox kino həvəskarları üçün gözlənilməz olub. Çünki uzun illər kino tarixinin ən nüfuzlu ekran əsərlərindən hesab edilən "The Godfather" ("Xaç atası") ikinci sırada yer alıb.

İlk beşlik belə sıralanıb:

1. "Jaws" ("Çənələr") (1975)

2. "The Godfather" ("Xaç atası") (1972)

3. "The Shawshank Redemption" ("Şouşenkdən qaçış") (1994)

4. "Star Wars: The Empire Strikes Back" ("Ulduz müharibələri: İmperiya cavab zərbəsi endirir") (1980)

5. "Aliens" ("Yadplanetlilər") (1986)

Qeyd edək ki, "Çənələr" kiçik Amerika kurort şəhərində insanlara hücum edən nəhəng ağ köpəkbalığından bəhs edir. Filmdə şerif, dəniz bioloqu və təcrübəli köpəkbalığı ovçusu yırtıcını zərərsizləşdirmək üçün bir araya gəlir.

Kino tənqidçilərinin fikrincə, bu ekran əsəri yay blokbasteri anlayışının əsasını qoyaraq Hollivudun böyük filmlərin istehsalı və nümayişi strategiyasını dəyişdirən ən təsirli layihələrdən biri hesab olunur.