Cadugər müştərisinə təcavüz edib onunla evləndi
Dünya
Hindistanda özünü cadugər kimi təqdim edən şəxs qadına qarşı törətdiyi bir sıra cinayətlərə görə həbs olunub.
News24.az xəbər verir ki, bu barədə “Bhaskar Hindi” nəşri məlumat yayıb.
Məlumata görə, hadisə zərərçəkmiş qadının ailəsi ilə birlikdə polisə müraciətindən sonra üzə çıxıb.
Qadın uzun müddət fiziki və cinsi zorakılığa məruz qaldığını bildirib.
Bildirilib ki, qadın bir neçə il əvvəl çay mağazasının gəliri azaldığı üçün kömək məqsədilə cadugərə müraciət edib. Həmin şəxs ona dükanında "müqəddəs" düyü və otlardan hazırlanmış toz saxlamağı məsləhət görüb. İşləri düzəlməyəndən sonra cadugər qadını "qara sehr" ilə hədələyərək onunla intim münasibət qurmağa məcbur edib.
Daha sonra o, qadına dəfələrlə zorakılıq göstərib və rəsmi nikahda olmasına baxmayaraq onunla evlənib. Toydan sonra isə qadına işgəncə verib və ona davamlı zorakılıq tətbiq edib. Polisə müraciətdən bir neçə gün əvvəl isə o, qadını və bir yaşlı övladını öldürməyə cəhd göstərib.
Qadın qaçaraq ailəsinə sığınıb və baş verənləri danışıb. Polis şübhəlini həbs edib. Hüquq-mühafizə orqanları onun digər ailələrə qarşı da oxşar cinayətlər törətmiş ola biləcəyini istisna etmirlər.