Cansevər vəfat etdi
Dünya
Türkiyəli müğənni Cansever vəfat edib.
News24.az xəbər verir ki, ifaçı 59 yaşında müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Onun ölüm xəbərini həmkarı Mehtap Yılmaz sosial media hesabında paylaşıb.
Qeyd edək ki, Cansevər xərçəngdən əziyyət çəkirdi. Müğənni "Ben ne günler gördüm", "Ağla gözbebeğim", "Sen de gittin" və "Kime bu inat" kimi məşhur mahnıların ifaçısı idi. (Milliyet)