Castin Biberin keçmiş sevgilisi 34 yaşında vəfat etdi
Dünya
Avstraliyalı model Sara Rey 34 yaşında vəfat edib.
News24.az xəbər verir ki, onun fentanilin həbini dozadan artıq içdiyi üçün həyatını itirdiyi ehtimal edilir.
Məlumata görə, model sintetik opioid qəbul etdikdən sonra Los-Ancelesdə xəstəxanaya yerləşdirilib, bazar günü isə vəfat edib.
Ölümün rəsmi səbəbi hələ müəyyənləşdirilməyib.
Qeyd edək ki, Sara Rey 2016-cı ildə kanadalı müğənni Castin Biberlə yaşadığı münasibətə görə də tanınıb.
Qeyd edək ki, model bir neçə ay öncə ana olmuşdu. Yanvar ayında onun Snou Rey Dou adlı qızı dünyaya gəlib.