Cəbhədə itkilər artır: Ukrayna üç kəndi itirdi

Cəbhədə itkilər artır: Ukrayna üç kəndi itirdi Dünya

Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski Zaporojye vilayətində vəziyyətin kəskin şəkildə pisləşdiyini bildirib.

News24.az xəbər verir ki, Sırski son günlər bölgədə müşahidə olunan sıx duman Rusiya qüvvələrinin hərbi aktivliyini artırdığını qeyd edib. Onun sözlərinə görə, Rusiya ordusu Aleksandrovski və Qulyaypol istiqamətlərində hücumları gücləndirərək irəliləyə bilib.

“Düşmən canlı qüvvə və texnika baxımından say üstünlüyündən yararlanaraq şiddətli döyüşlər zamanı üç yaşayış məntəqəsini ələ keçirib”, – deyə baş komandan vurğulayıb.

Ukrayna ordusu hazırda Rovnopolye və Yablokovo istiqamətlərində ağır və davamlı döyüşlər aparır. Sırski əlavə edib ki, bu ərazilərdə qarşıdurmalar xüsusilə gərgindir və itkilər mümkündür.