"Cəhənnəm qatarı" belə görüntüləndi - VİDEO

"Cəhənnəm qatarı" belə görüntüləndi - VİDEO Dünya

Kanadada qatar meşə yanğının içərisindən keçib.

News24.az xəbər verir ki, hadisəni lentə alan jurnalistlərin məlumatına görə, "cəhənnəm qatarı" Ontario ştatının Armstronq kəndi yaxınlığında baş verən yanğının episentrini yarıb.

"Alovun içindən keçərkən maşinistlərin hadisəni lentə almaqan başqa əlacı qalmayıb. Daha bir neçə qatar da bu "cəhənnəm"i adlamaq məcburiyyəti ilə üzləşib. Onların hamısı dayanmalı olub", - deyə paylaşımda bildirilir.

Qeyd edək ki, Kanadanın Ontario əyalətində may ayının sonlarından bəri şiddətli meşə yanğınları davam edir. Hakimiyyət orqanları bir neçə icmanı təxliyə edib. Son günlərdə yanğınlar quru və küləkli hava səbəbindən daha da şiddətlənib.