Cem Yılmaz "vətən xaini" adlandırıldı

Cem Yılmaz "vətən xaini" adlandırıldı Dünya

Türkiyənin məşhur stand-up ulduzu Cem Yılmazı vətən xaini adlandırıblar.
News24.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, son günlərdə Cem Yılmazın paylaşımları izləyiciləri tərəfindən sərt tənqid olunub.
Cem sosial şəbəkədə baş verənlərə münasibət bildirib: "18 ay hərbi xidmətdə ol, yüzlərlə şəhid  ailəsinə yardım et, sənə vətən xaini desinlər. Yusif Güney 21gün bədəlli əsgər olsun, amma sosial şəbəkədə hərbi marş paylaşdığı üçün qəhraman kimi qələmə verilsin".