Cənubi Koreya Ukraynadan üzr istəməsini tələb etdi
Dünya
Cənubi Koreya Prezidenti Li Çje Myonq Ukraynanın üzr istəməyəcəyi təqdirdə əlavə tədbirlər görüləcəyini bildirib.
News24.az xəbər verir ki, bu barədə “Yonhap” məlumat yayıb.
Mübahisə Ukraynanın iki Şimali Koreya hərbi əsirinin Cənubi Koreyaya təhvil verilməsi haqda açıqlamadan sonra yaranıb. Seul Kiyevin məsələ ilə bağlı məxfiliyin qorunmasına dair razılaşmanı pozduğunu bildirir. Ukrayna isə belə bir məxfilik razılaşmasının mövcud olmadığını deyir.
Li Çje Myonq qeyd edib ki, Kiyev baş verənlərlə bağlı faktları qəbul etməkdən və rəsmi üzr istəməkdən imtina etməyə davam edərsə, Seul əlavə tədbirlər görəcək.