Cənubi Koreyada faciə: Dağıntılar altında qalanlar var

Cənubi Koreyada faciə: Dağıntılar altında qalanlar var Dünya

Cənubi Koreyada “Korea East-West Power Co” şirkətinə məxsus istilik elektrik stansiyasında qazan qülləsinin uçması nəticəsində 7 nəfər dağıntılar altında qalıb.

News24.az xəbər verir ki, iki nəfər dağıntılar altından xilas edilib, daha yeddi nəfərin axtarış-xilasetmə əməliyyatı davam edir. Qüllənin təxminən 60 metr hündürlüyündə olduğu və sökülmə prosesi zamanı çökdüyü bildirilir.

Cənubi Koreyanın baş naziri Kim Min Seok aidiyyəti qurumlara hadisə yerində qalan insanların xilas edilməsi üçün bütün texnika və şəxsi heyətin səfərbər olunması barədə göstəriş verib.