Cənubi Koreyada kritik seçki

Cənubi Koreyada kritik seçki Dünya

Bu gün Cənubi Koreyada yeni prezidentin müəyyənləşdirilməsi üçün seçkilər keçirilib.

News24.az xəbər verir ki, bu barədə Milli Seçki Komissiyası açıqlama verib.

Açıqlamaya görə, təxminən 44 milyon qeydiyyatdan keçmiş seçicisi olan ölkədə seçicilər yerli vaxtla saat 06:00-dan səs veriblər.

Qeyd edək ki, 4,09 milyon insan səs verib.

Ekzit-poll nəticələrinə görə, əsas müxalifət namizədi Li 50,6 faiz səslə seçkilərdə öndə gedir, hakim Xalq Gücü Partiyasından (PPP) Kim Mun Su isə 39,4 faiz səs toplayıb.

Günel Məlikzadə