Cənubi Koreyada müdafiə sənayesi müəssisəsində partlayış oldu - Ölənlər var - Video
Dünya
Cənubi Koreyada “Hanwha Aerospace” şirkətinin Tedjon şəhərindəki müdafiə sənayesi müəssisəsində partlayış baş verib.
News24.az xəbər verir ki, hadisə nəticəsində dörd nəfər həlak olub.
Yerli KİV-in məlumatına görə, şirkət Koreya istehsalı olan “yer-yer” sinifli taktiki raketlər də daxil olmaqla əsas silah sistemlərini istehsal edir, həmçinin idarəolunan silahlar və mühərrik qurğularının hazırlanması ilə məşğuldur.
Partlayış nəticəsində daha iki nəfər xəsarət alıb.
Cənubi Koreya Prezidenti Li Ce Myon qəzanın nəticələrinin aradan qaldırılması və hadisənin araşdırılması üçün bütün mövcud resursların səfərbər edilməsinə göstəriş verib. /Korea Times/