Cənubi Koreyanın keçmiş prezidentinə ölüm cəzası tələb olundu
Dünya
Cənubi Koreyada prokurorlar keçmiş prezident Yun Sok Yol üçün ölüm cəzası istəyiblər.
News24.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
Prokurorlar onun ömürlük həbs cəzasına etirazı ilə bağlı apellyasiya məhkəməsində ölüm hökmünün verilməsini tələb ediblər. Onların fikrincə, əvvəlki məhkəmənin çıxardığı ömürlük həbs qərarı kifayət qədər ağır deyil.
Yun Sok Yol 2024-cü ilin dekabrında hərbi vəziyyət elan etdiyinə görə “üsyana rəhbərlik etməkdə” təqsirli bilinərək ömürlük həbsə məhkum edilib.
O, hərbi vəziyyət elan etdikdən sonra parlament bu qərarı ləğv edib. 2025-ci ilin aprelində isə Konstitusiya Məhkəməsi onun prezident vəzifəsindən uzaqlaşdırılmasını təsdiqləyib.