Cənubi Koreyanın sabiq prezidenti 2 il həbs cəzasına məhkum edildi

Cənubi Koreyanın sabiq prezidenti 2 il həbs cəzasına məhkum edildi Dünya

Cənubi Koreyanın sabiq prezidenti Yun Sok Yol barəsində açılmış səkkiz cinayət işindən biri üzrə 2 il müddətinə azadlıqdan məhrum edilib.

News24.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Seul Mərkəzi Dairə Məhkəməsi Yun Sok Yolu siyasi kampaniyaların maliyyələşdirilməsi haqqında qanunu pozmaqda təqsirli bilib.

Məhkəmənin qərarına əsasən, 2022-ci ildə prezident seçkiləri ərəfəsində sosioloji araşdırma bürosu Yun Sok Yol və onun həyat yoldaşının xeyrinə təxminən 190 min ABŞ dolları dəyərində ödənişsiz ictimai rəy sorğuları keçirib.

İstintaq hesab edib ki, büro rəhbəri Men Te Gyun bunun müqabilində gələcəkdə müəyyən güzəştlər gözləyib.

Həmin məhkəmə Men Te Gyunu da 1 il 6 ay azadlıqdan məhrum edib.

Keçmiş prezidentin həyat yoldaşı Kim Kon Hi isə başqa bir cinayət işi üzrə siyasi kampaniyaların maliyyələşdirilməsi haqqında qanunu pozmaq ittihamı ilə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən təqsirsiz bilinib.

Yun Sok Yolun vəkilləri də buna istinad edərək qərardan apellyasiya şikayəti verəcəklərini bildiriblər.

Vəkillərin sözlərinə görə, eyni faktlar üzrə Kim Kon Hi bəraət aldığı halda, Yun Sok Yolun qismən təqsirli bilinməsi anlaşılmazdır.

Xatırladaq ki, bu ilin fevralında birinci instansiya məhkəməsi Yun Sok Yolu konstitusiya quruluşuna qarşı qiyam təşkil etmək ittihamı ilə ömürlük həbs cəzasına məhkum etmişdi. Cənubi Koreya qanunvericiliyinə əsasən, bu cinayətə görə yalnız iki cəza - ömürlük həbs və ya ölüm hökmü nəzərdə tutul