Çernobıl yanır - Kiyevi kəskin qoxulu tüstü bürüdü
Dünya
Çernobılda 3 gündür davam edən meşə yanğını səbəbindən Kiyevi kəskin qoxulu tüstü buludu bürüyüb.
News24.az xəbər verir ki, bu barədə Ukraynanın “Espreso” telekanalının jurnalisti Andrey Smoliy məlumat verib.
“Hazırda Kiyevdə vəziyyət çox ağırdır. Paytaxtı Çernobıldan gələn kəskin tüstü və qoxu bürüyüb, nəfəs almaq mümkün deyil. Paytaxt sakinləri, küçəyə çıxmayın və pəncərələrinizi bağlayın. Havada zərərli hissəciklərin miqdarının normadan artıq olduğu qeydə alınır”, – deyə Smoliy “Telegram” kanalında yazıb.
Öz növbəsində “Obşestvennoye. Novosti” nəşri bildirib ki, Kiyevin bir sıra rayonlarında havanın keyfiyyət indeksi normanı dörd dəfə üstələyir ki, bu da sağlamlıq üçün təhlükəlidir.