Cərrah qadının səhv ayağını amputasiya etdi

Cərrah qadının səhv ayağını amputasiya etdi Dünya

ABŞ-də cərrahlar xərçəng xəstəsi olan qadının səhv ayağını amputasiya edib.

News24.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

Ohayo ştatından olan Şeron Ceksin sağ ayağının dizdən aşağı hissəsinin amputasiya edilməsi planlaşdırılıb. Lakin iddiaya görə, əməliyyat zamanı həkimlər səhvən onun sol ayağını amputasiya ediblər.

Bundan sonra qadının sağ ayağı da amputasiya edilib. Nəticədə o, hər iki ayağını itirib.

Qadının vəkili bildirib ki, əməliyyatdan əvvəl amputasiya ediləcək ayaq düzgün işarələnib. Buna baxmayaraq, cərrahlar digər ayağı amputasiya ediblər.

Xəstəxana isə əməliyyat zamanı müəyyən edilmiş prosedurlara əməl edilmədiyini açıqlayıb. Hadisədə iştirak edən tibb işçilərinin artıq əvvəlki vəzifələrində çalışmadığı bildirilib.

Şeron Ceks hadisə nəticəsində yaranan əlillik, fiziki və mənəvi əzablar və tibbi xərclərə görə kompensasiya tələb edir.