Çevriliş cəhdindən sonra Tokayevdən ultimatum

Çevriliş cəhdindən sonra Tokayevdən ultimatum Dünya

"Qazaxıstana zərər verməyə çalışanlar məsuliyyət daşıyacaqlar".

News24.az xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Temirtauda Qarmet şirkətinin işçiləri və həmkarlar ittifaqı üzvləri ilə görüşündə bildirib.

"Xalqın maraqları naminə islahatları uğurla davam etdirmək üçün ölkə daxilində sülh və sabitliyə ehtiyacımız var. Ölkəmizə hərəkətləri ilə zərər verməyə çalışan hər kəs "qanun və qayda" prinsipinə uyğun olaraq məsuliyyət daşımalıdır və daşıyacaq", - deyə prezident qeyd edib.

Tokayev əlavə edib ki, Qazaxıstan dinlərarası və millətlərarası harmoniya siyasətinə, eləcə də müxtəliflikdə birlik prinsipinə sadiq qalır.

Qeyd edək ki, Qazaxıstanın qərbində - Atırauda dövlət çevrilişinin qarşısı alınıb, 10 nəfər saxlanılıb.