Çexiyada yük maşını sərnişin qatarı ilə toqquşdu: yaralılar var
Dünya
Çexiyanın şimalında yük maşını sərnişin qatarı ilə toqquşub.
News24.az xəbər verir ki, bu barədə CTK informasiya agentliyi məlumat yayıb.
Məlumata görə, insident Prosteyev və Kostelets-na-Qane şəhərləri arasından keçən dəmiryolu xəttinin nizamlanmayan keçidində baş verib. Toqquşmadan qatarın birinci vaqonu relslərdən çıxıb.
İnsident nəticəsində səkkiz nəfərin yaralandığı bildirilir.
Qəza vaxtı qatarda 20-dən çox insan olub. Hadisənin səbəbləri araşdırılır. (Trend)