Cəzaçəkmə müəssisəsində dəhşətli hadisə - BAŞ VERDİ
Dünya
Rusiyanın Volqoqrad vilayətinin Surovikinski rayonunda məhbuslar 19 saylı Cəzaçəkmə Müəssisəsinin azı üç əməkdaşını öldürüblər.
News24.az xəbər verir ki, yeddi nəfər yaralanıb, 4 nəfər isə girov götürülüb.
Verilən məlumata görə, hər şey intizam komissiyasında baş verib.
Hücum edənlərdən biri “terror aktı” maddəsi ilə mühakimə olunub. İstintaq təcridxanasında fövqəladə vəziyyət elan edilib.
Məryəm İlhamqızı