"ChatGPT" yeniləndi, amma hər kəs üçün deyil

"ChatGPT" yeniləndi, amma hər kəs üçün deyil Dünya

“OpenAI” süni intellekt platforması “ChatGPT üçün yeni nəsil “GPT-5.6” modellərini təqdim edib, lakin yenilik hələlik bütün istifadəçilər üçün əlçatan olmayacaq.

News24.az xəbər verir ki, yeni model ailəsinə flaqman “Sol”, gündəlik istifadə üçün nəzərdə tutulan “Terra” və ən sürətli, eyni zamanda daha sərfəli “Luna” daxildir.

Məlumata görə, yeni versiyaya girişin məhdudlaşdırılması ABŞ hökumətinin tələbi ilə həyata keçirilib. “OpenAI” əvvəlcə “GPT-5.6”nı yalnız hökumətlə razılaşdırılmış kiçik bir qrup etibarlı tərəfdaşın istifadəsinə verəcək. Bu mərhələnin uğurlu keçəcəyi təqdirdə modelin yaxın həftələrdə daha geniş auditoriya üçün istifadəyə açılması planlaşdırılır.

Şirkət bildirib ki, bu cür məhdudiyyətin uzunmüddətli praktikaya çevrilməsini məqsədəuyğun hesab etmir. “OpenAI”nin fikrincə, belə yanaşma tərtibatçıların, şirkətlərin və kibertəhlükəsizlik sahəsində çalışan mütəxəssislərin ən yeni texnologiyalara çıxışını məhdudlaşdıra bilər.