Çərşənbə mərasimlərində ölənlərin sayı - ARTIR
Dünya
İranda çərşənbə mərasimləri zamanı ölənlərin sayı 26-ya çatıb, 4360 nəfər xəsarət alıb.
News24.az xəbər verir ki, bu barədə yerli “Mehr” agentliyi məlumat yayıb.
Məlumata görə, təkcə Tehranda bir gündə yanğın təhlükəsi ilə bağlı 1800 çağırış daxil olub, 2 sakin həlak olub.
İranın fövqəladə hallar xidmətinin rəhbərinin sözlərinə görə, bayram günlərində 1,4 minə yaxın təcili yardım stansiyası yüksək hazırlıq vəziyyətinə gətirilib.