Çində inflyasiya ən yüksək səviyyəyə çatdı

Çində inflyasiya ən yüksək səviyyəyə çatdı Dünya

İyulun sonunda Çində istehlak qiymətlərinin (CPI indeksi) artımı illik 0,5%-ə çatıb. 

News24.az xəbər verir ki, ötən ay ölkədə inflyasiya fevral ayından bu yana ən yüksək səviyyədə olub. Bu barədə CNBC Çin Xalq Respublikasının Dövlət Statistika İdarəsinin (SSA) hesabatına istinadən yazıb.

Analitiklər iyulda inflyasiyanın illik 0,3%-ə yüksələcəyini gözləyib. Bir ay əvvəl bu, 0,2% idi.

Qeyd edək ki, Çində geniş istehlak edilən qida məhsulu olan ətin qiymətləri iyul ayında illik müqayisədə 20,4% artaraq 2022-ci ilin dekabrından bəri ən böyük artım olub.

Ərzaq və enerji qiymətlərini nəzərə almayan əsas istehlak qiymətləri indeksi iyunda 0,6%-ə qarşı iyulda illik 0,4% artıb.

Məryəm İlhamqızı