Çində körpü uçdu: - ÖLƏNLƏR VAR
Dünya
Çinin şimal-qərbindəki Şensi əyalətində magistral körpünün bir hissəsinin uçması nəticəsində 11 nəfər ölüb.
Bu barədə News24.az Oxu.Az-a istinadən bildirir.
Yerli hakimiyyət orqanlarının məlumatına görə, körpünün uçmasına səbəb leysan yağışlar və daşqınlar olub.
Xilasedicilər çaya düşmüş beş avtomobili aşkar ediblər. İlkin məlumatlara görə, 20-yə yaxın avtomobil və 30-dan çox insan itkin düşüb.