Çilidə güclü yağışlar səbəbindən fövqəladə vəziyyət elan edildi

Çilidə güclü yağışlar səbəbindən fövqəladə vəziyyət elan edildi Dünya

Çilinin paytaxtı Santyaqoda güclü yağış və dolu daşqınlara, elektrik kəsintilərinə və məktəblərin bağlanmasına səbəb olub.

News24.az xəbər verir ki, Milli Fəlakətlərin Qarşısının Alınması və Cavabdehlik Xidmətinin (SENAPRED) məlumatına görə, yolların bağlanması səbəbindən şəhərin bəzi ərazilərində fövqəladə vəziyyət elan edilib.

Çili Təhsil Nazirliyi 115 təhsil müəssisəsində dərslərin dayandırıldığını, 20 bölgədəki 124 müəssisənin isə zərər gördüyünü açıqlayıb.

Milli medianın məlumatına görə, güclü yağışlar ümumilikdə 36 min ev və müəssisədə elektrik enerjisinin kəsilməsinə səbəb olub. Onlardan 23 mini Santyaqoda yerləşir.

Çili Meteorologiya İdarəsi dağlıq ərazilərdə güclü külək və ildırım çaxacağı ilə bağlı xəbərdarlıq edib.