Çin bu dəfə də ilkə imza atdı - Robotları dağa dırmaşdırdı
Dünya
Çinin Taysan şəhərində dünyada ilk dəfə robotların dağa dırmanma yarışı təşkil olunub.
News24.az xəbər verir ki, yarışda robot-itlər və digər robot modelləri iştirak edib.
Təxminən 90 komandanın qatıldığı yarışda robotlar Tayşan dağının yamacındakı 3 min nahamar daş pilləni aşmalı və marşrutu müstəqil şəkildə müəyyən etməli olublar.
3,9 kilometr uzunluğunda olan marşrutda hündürlük fərqi təxminən 600 metr təşkil edib. Ən sürətli robotlar məsafəni bir saatdan az müddətdə qət ediblər. Lakin bütün iştirakçılar finişə çata bilməyib.
Yarış çərçivəsində dörd istiqamət üzrə mübarizə aparılıb: zirvəyə qalxma, yük daşıma, ekzoskelet vasitəsilə yoxuşu aşma və mürəkkəb relyefdə ərazinin kəşfiyyatı.
Yarışın qalibi məsafəni 43 dəqiqə 41 saniyəyə qət edən dördayaqlı robot olub.