Cinayətkarları gizlədən müəllim həbs edildi
Dünya
Avstraliyada 28 yaşlı qadın müəllimin qətl törətməkdə şübhəlinin iki yeniyetmə ilə əlaqəsi üzə çıxıb.
News24.az xəbər verir ki, bədən tərbəyəsi müəllimi çalışan Eşli Enn Sini sentyabrın 22-də həbs edilib.
İstintaqa görə, o, 18 və 19 yaşlı iki şübhəli ilə əlaqə saxlayıb, polis əməkdaşları barədə onlara məlumat verib və onlara gizlənməkdə kömək edib.
Yeniyetmələr 40 yaşlı Coşua Makdonaldın öldürülməsində şübhəli bilinirlər.
Qeyd edək ki, kişinin güllə yaraları olan meyiti sentyabrın 2-də Sidney yaxınlığında aşkarlanıb.
Müəllimə qətldə iştirak, cinayətkar qrupda fəaliyyət və qətl planında iştirak da daxil olmaqla bir neçə ittiham irəli sürülüb. O, növbəti məhkəmə iclasına qədər həbsdə qalacaq.
Yeni Cənubi Uels Təhsil Departamenti Sininin araşdırma müddətində vəzifəsindən uzaqlaşdırıldığını açıqlayıb.