Çində də güclü zəlzələ oldu: Xəsarət alanlar var - Video
Dünya
Çinin cənub-qərbində - Sıçuan əyalətində 5,5 bal gücündə zəlzələ baş verib.
News24.az xarici KİV-ə istinadən xəbər verir ki, zəlzələ nəticəsində azı 13 nəfər xəsarət alıb.
Bildirilib ki, zəlzələnin episentri İbin şəhər dairəsinin Qao rayonu ərazisindədir.
Ocaq 6 kilometr dərinlikdə qeydə alınıb.
Yeraltı təkanlardan sonra şəhərin təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə qərargahı üçüncü səviyyəli fövqəladə vəziyyət elan edib.
Təxminən 200 nəfər təxliyə edilərək təhlükəsiz ərazilərə yerləşdirilib.