Çində gəmidə yanğın: Çox sayda ölən və yaralanan var
Dünya
Çinin Şandun əyalətinin Çindao şəhərində gəmiqayırma zavodunda xarici yük gəmisində baş verən yanğın nəticəsində azı 20 nəfər ölüb.
News24.az xəbər verir ki, bu barədə Çin mərkəzi televiziyası məlumat yayıb.
Telekanalın məlumatına görə, hadisə “Çindao Beyhay Şipbildinq” gəmiqayırma zavodunda gəminin texniki baxışı və təmiri zamanı baş verib.
Yanğın zamanı gəminin göyərtəsində 42 nəfər olub. Onlardan 12-si təxliyə edilib, daha 5 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Hadisə zamanı daha 25 nəfərlə əlaqə kəsilib və onların itkin düşdüyü bildirilir.