Çində kişinin öd kisəsindən 248 daş çıxarıldı
Dünya
Çinin 26 yaşlı kişinin öd kisəsindən bir əməliyyat zamanı 248 daş çıxarılıb.
News24.az xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.
Məlumata görə, xəstə şiddətli qarın ağrısından sonra xəstəxanaya müraciət edib. Müayinə zamanı öd kisəsində çoxlu sayda daş aşkarlanıb.
Həkimlər daşların yaranmasına xəstənin qidalanma vərdişlərinin təsir etdiyini bildiriblər. Onun tez-tez qızarmış toyuq, manqalda bişən ət və digər yağlı qidalar qəbul etdiyi qeyd olunub.