Çində kömür mədənində güclü partlayış - 82 işçi öldü

Çində kömür mədənində güclü partlayış - 82 işçi öldü Dünya

Çinin Çançji şəhərində yerləşən kömür mədənində güclü partlayış baş verib.

News24.az xəbər verir ki, hadisə nəticəsində 82 nəfər həlak olub.

Hadisə Çinin mərkəzi hissəsində yerləşən Lyuşenyu yatağında qeydə alınıb.

Mədənin operatoru olan “Shanxi Tongzhou Group Liushenyu Coal Industry Co.”nun rəhbəri saxlanılıb.

Çin Xalq Respublikasının (ÇXR) Sədri Si Cinpin partlayışın səbəblərinin hərtərəfli araşdırılması barədə tapşırıq verib.

O bildirib ki, bütün bölgələr və qurumlar bu hadisədən nəticə çıxarmalı, istehsalat təhlükəsizliyi məsələlərində daha diqqətli olmalı və iri qəzaların qarşısını qətiyyətlə almalıdır.

Çin Mərkəzi Televiziyasının məlumatına görə, partlayış zamanı yer altında 247 işçi olub.

Son məlumata əsasən, 38 nəfər dağıntılar altında qalıb. /Xinxua/