Çində torpaq sürüşməsi - Çox sayda ölən var
Dünya
Çinin Qansu əyalətində baş verən torpaq sürüşməsi nəticəsində azı 16 nəfər ölüb.
News24.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası (CCTV) məlumat yayıb.
Məlumata görə, təbii fəlakət iyulun 7-si səhər saatlarında Lunnan şəhərində baş verib.
Hadisə yerində xilasedicilər, həkimlər və hüquq-mühafizə orqanlarının əməkdaşları axtarış-xilasetmə işləri aparırlar.
Yerli hakimiyyət orqanları təhlükəli ərazidə yaşayan sakinlərin təxliyəsini həyata keçirib və onlar təhlükəsiz yerlərdə yerləşdiriliblər.