Çindən oğurladığı suvenirləri satmaq istədi, saxlanıldı
Dünya
Çindən Rusiyaya qanunsuz 22 suvenir gətirərən turist cinayət məsuliyyətinə cəlb edilib.
News24.az xəbər verir ki, bu barədə Rusiya Federal Gömrük Xidməti (FCS) məlumat yayıb.
Tolmaçevo hava limanında gömrük işçiləri Sanya- Novosibirsk reysi ilə uçan bir sərnişini "yaşıl dəhliz"dən keçərkən saxlayıblar. Onun çemodanında 200 qram mərcan (mərcan poliplərinin skeleti) tapılıb ki, bu da Nəsli Kəsilməkdə Olan Vəhşi Fauna və Flora Növləri ilə Ticarət Haqqında Beynəlxalq Konvensiyaya əsasən qadağandır.
Turist bu cür əşyaların bəyan edilməsi tələbindən xəbərsiz olduğunu və onları tətildən xatirə olaraq gətirdiyini bildirib.