Çinin keçmiş baş naziri vəfat etdi

Çinin keçmiş baş naziri vəfat etdi Dünya

Çinin keçmiş baş naziri Çju Ronqji uzun sürən xəstəlikdən sonra Pekində vəfat edib.

News24.az xəbər verir ki, “Sinxua” xəbər agentliyinin məlumatına görə, Çju 1998-2003-cü illərdə Çinin baş naziri vəzifəsində çalışıb.

O, Çinin iqtisadi transformasiyasında və 2001-ci ildə Ümumdünya Ticarət Təşkilatına üzv olmasında mühüm rol oynayıb. Çju həmçinin dövlət müəssisələrində islahatlar aparması, korrupsiyaya qarşı mübarizə və iqtisadiyyatın yenidən qurulması istiqamətində fəaliyyəti ilə də tanınıb.