Cinsi həyat statistikası: Bu ölkə birinci yerədir - Siyahı
Dünya
Dünya ölkələri arasında insanların orta hesabla cinsi partnyor sayı yüksək olan ölkələr açıqlanıb.
News24.az xəbər verir ki, “World Population Review” resursu tərəfindən dərc olunan siyahıda Avstraliya, Braziliya və Yunanıstan ilk yerləri tutub.
Məlumata görə, “Ən çox cinsi partnyoru olan millətlər 2026” hsiyahısı hazırlanarkən bir sıra meyarlar nəzər alınıb. Orta cinsi partnyor sayı, ilk cinsi əlaqənin yaşı, fahişəliyin qanuniliyi, nikahdan əvvəl cinsi əlaqənin cəmiyyətdə qəbul olunma səviyyəsi və cinsi yolla keçən xəstəliklərin yayılması.
Araşdırmada dünyanın 45 ölkəsi üzrə məlumatlar istifadə olunub.
Bu göstəricilərin cəminə görə, birinci yerdə Avstraliya qərarlaşıb. Bu ölkədə orta cinsi partnyor sayı 13,3, ilk cinsi əlaqənin orta yaşı isə 17,9-dur. İkinci yerdə Braziliya (orta hesabla 9 partnyor), üçüncü yerdə isə Yunanıstan (orta hesabla 10,6 partnyor) qərarlaşıb.
İlk onluğa həmçinin Çili, Yeni Zelandiya, Almaniya, İtaliya, İsveçrə, Tailand və Cənubi Afrika Respublikası daxildir. /Greek Reporter/