CNN: İranın Vaşinqtona hücum planları hazırladığı iddia olunur

CNN: İranın Vaşinqtona hücum planları hazırladığı iddia olunur Dünya

ABŞ kəşfiyyatının İranın Vaşinqtonda çirkli bomba və ya kimyəvi silahlardan istifadə etməklə hücum planları hazırladığına dair məlumatlar əldə etdiyi bildirilir.

News24.az xəbər verir ki, bu barədə CNN telekanalı adı açıqlanmayan yeddi ABŞ rəsmisinə istinadən məlumat yayıb.

Mənbələrin iddiasına görə, kəşfiyyat İranın ölkə daxilində bomba istehsalında istifadə oluna biləcək materiallar topladığını göstərən məlumatlar əldə edib. Bununla belə, rəsmilər bu planların qaçılmaz deyil, mümkün hücum variantlarının nəzərdən keçirilməsi olduğunu bildiriblər.

ABŞ rəsmiləri İranın Yaxın Şərqdəki ABŞ hərbçilərinə qarşı kimyəvi silahdan istifadə ehtimalını da izləyir.

Ağ Evin sözçüsü Loren Bis ölkənin bütün mümkün təhdidləri izlədiyini, lakin hazırda ABŞ üçün real təhlükənin olmadığını bildirib.

İranın BMT-dəki Daimi Nümayəndəliyinin sözçüsü isə ittihamları rədd edərək, onları əsassız adlandırıb.