Çoban qıtlığı: 5200 manat maaşa işçi tapılmır

Çoban qıtlığı: 5200 manat maaşa işçi tapılmır Dünya

Türkiyənin Tunceli vilayətində heyvandarlıqla məşğul olan fermerlər çoban tapmaqda ciddi çətinlik çəkirlər.

News24.az xəbər verir ki, çobanların aylıq maaşı bu il 150 min lirəyə (5200 AZN) qədər yüksəlsə də, problem həll olunmayıb.

Məlumata görə, xüsusilə yaylaqlarda heyvanların baxımı, yemlənməsi və sağımı ilə məşğul olacaq çobanlara ehtiyac böyükdür.

Fermerlər yaranan işçi çatışmazlığını xarici ölkə vətəndaşı olan çobanlarla aradan qaldırmağa çalışırlar.

Lakin yüksək maaşla yanaşı yemək, siqaret və qalmağa yer kimi ehtiyacları da qarşılanan bəzi çobanların bir müddət sonra işi ataraq getməsi fermerlərin problemini daha da artırır.