Rusiya-Ukrayna münaqişəsində vəziyyəti bunlar dəyişə bilər – Orban açıqladı
Dünya
Rusiya-Ukrayna müharibəsinin həlli üçün diplomatik sərləyimizi davam etdiririk.
News24.az xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib.
"Macarıstan sülh üçün səylərini davam etdirir. Razılaşma əldə olunmağa yaxın idi. Əsas olan isə dialoq və diplomatiyadır – məhz bunlar Rusiya-Ukrayna münaqişəsində vəziyyəti dəyişdirə bilər. Xristianlar Avropada bir-birini öldürməməlidir – artıq çox həyatlar itirilib. Bu faciəli müharibə dayandırılmalıdır", – o deyib.
Orbanın sözlərinə görə, Budapeştin məqsədi həm Ukraynanın, həm də regionun sabitliyini qorumaq və mümkün qədər tez sülhə nail olmaqdır.