Dağıntılar altında bir ümid doğuldu... - Video

Dağıntılar altında bir ümid doğuldu... - Video Dünya

Venesuelada baş verən 7,5 və 7,2 bal gücündə iki güclü zəlzələdən sonra aparılan axtarış-xilasetmə əməliyyatları zamanı möcüzəvi hadisə yaşanıb.

News24.az xəbər verir ki, dağıntılar altında qalan hamilə qadın doğuş edib, ana və yeni doğulan körpə sağ xilas edilib.

Məlumata görə, xilasedicilər qadına çatmağa çalışarkən onun doğuş sancıları başlayıb. Beton dağıntıları arasında dünyaya gələn körpə qısa müddət sonra anası ilə birlikdə xilas edilərək yaxınlıqdakı xəstəxanaya çatdırılıb. Həkimlərin sözlərinə görə, hər ikisinin vəziyyəti qənaətbəxşdir.

Hadisə yerində olan xilasedicilər körpənin ilk ağlama səsinin dağıntılar altında çalışan hər kəs üçün böyük ümid mənbəyinə çevrildiyini bildiriblər.

“Ətrafımızda hər şey dağılmışdı. Həmin an körpənin səsini eşitmək bizə möcüzələrin hələ də mümkün olduğunu xatırlatdı. Bu körpə bütün Venesuela üçün ümid rəmzidir”, - xilasetmə qruplarından birinin nümayəndəsi bildirib. (Qafqazinfo)