Dağıntılar altından əl eləyib çıxan uşaq istəyi ilə hər kəsi təəccübləndirdi- - VİDEO

Dağıntılar altından əl eləyib çıxan uşaq istəyi ilə hər kəsi təəccübləndirdi- - VİDEO Dünya
Türkiyədə daha bir azyaşlı dağıntılar altından xilas olunub. 

Malatyada həyatı möcüzəli şəkildə qurtarılan 12 yaşlı Abdulxəlil də digər uşaqlar kimi istəyi və dialoqu ilə hər kəsi təsirləndirib.

Yaralı azyaşlının xilasetmə zamanı həyəcanını aradan qaldırmağa çalışan mütəxəssislər ondan nə istədiyini soruşduqda o, “Smit istəyirəm, mənə smit alarsanmı” deyib.

Uşağın xilasedici heyətə təşəkkürü hər kəsi kövrəldib.