Dağıstanda dəhşətli qətl: Kişi keçmiş arvadını və qızını güllələdi
Dünya
Dağıstanın Xasavyurt şəhərində kişi keçmiş həyat yoldaşını və onun qızını güllələyib.
News24.az xəbər verir ki, hadisə şəhərdəki restoranlardan birində baş verib.
46 yaşlı Aliashab keçmiş həyat yoldaşı, 45 yaşlı Surmiyatla mübahisə edib.
Kişi qadından restorandakı işindən çıxmasını tələb edib. O, keçmiş həyat yoldaşının ailəni biabır etdiyini deyərək beş azyaşlı övladlarının tərbiyəsi ilə məşğul olmasını istəyib.
Qadın keçmiş ərinə sərt cavab verdikdən sonra kişi özündən çıxaraq tapançasını çıxarıb.
Surmiyat qaçmağa çalışsa da, kişi ona arxadan bir neçə dəfə atəş açıb.
Anasına kömək etmək üçün hadisə yerinə gələn 23 yaşlı qızı Salimat da güllələnib.
O, da həmin restoranda işləyirmiş. Gənc qadın aldığı yaralardan təxminən bir saat əvvəl xəstəxanada dünyasını dəyişib.
Cinayəti törədən Aliashab saxlanılıb.