Dağıstanda iki kəndin sakinlərinə xəbərdarlıq edildi: "Evlərinizi tərk edin!"

Dağıstanda iki kəndin sakinlərinə xəbərdarlıq edildi: "Evlərinizi tərk edin!" Dünya

Dağıstanın Gergebil rayonunun iki kəndinin sakinlərinə təbii bəndin uçması təhlükəsi ilə bağlı xəbərdarlıq edilib və onlara kəndi tərk etməklə bağlı göstəriş verilib.

News24.az xəbər verir ki, bu barədə rayon administrasiyasının mətbuat xidməti məlumat verib.

"Gergebil və Kikuni kəndlərinin sakinlərinə təcili xəbərdarlıq. Lak rayonunda qaya uçqunu və sürüşmə nəticəsində gölün əmələ gəlməsi səbəbilə fövqəladə vəziyyət təhlükəsi yaranıb. Təbii bəndin uçması və aşağı axın çaylarında suyun səviyyəsinin kəskin artması riski var. İctimai təhlükəsizliyi təmin etmək üçün hər kəsi sosial məsafəni qorumağa çağırırıq. Çay sahillərinə yaxın olmaq qəti qadağandır. Təxliyə davam edir. Çay daşqınına yaxın ərazilərdə yerləşən evlərin sakinlərinə müvəqqəti olaraq evlərini tərk etmələri və qohumlarının və ya müvəqqəti yaşayış mərkəzlərinin yanına təhlükəsiz ərazilərə köçmələri tövsiyə olunur", - müraciətdə bildirilir. (APA)