Daha 6 şəhərdə ictimai nəqliyyatda tətillər başladı

Daha 6 şəhərdə ictimai nəqliyyatda tətillər başladı Dünya

Almaniyada işçilər həmkarlar ittifaqının çağırışı ilə daha 6 şəhərdə ictimai nəqliyyat sektorunda tətil başlayıb.

Almaniyada seçkilər ərəfəsində ictimai nəqliyyat sektorunda tətil dalğası davam edir . 

News24.az xəbər verir ki, Verdi həmkarlar ittifaqının çağırışı ilə Baden-Vürtemberq, Bremen, Aşağı Saksoniya, Şimali Reyn-Vestfaliya, Hessen və Reynland-Pfalts əyalətlərində 53 minə yaxın ictimai nəqliyyat işçisi tətilə çıxıb.

Ştatlarda avtobus, tramvay və metro xidmətləri də dayanıb. Frankfurt, Visbaden və Kasseldə səhər saatlarından etibarən əksər şəhərlər arasında nəqliyyat rabitəsi kəsilib.

Onu da qeyd edək ki, Hannover, Mainz, Stuttgart və Köln şəhərləri də tətildən ən çox zərər çəkən şəhərlər arasındadır.


Ağa Dadaşzadə