Daha bir ölkə Rusiya avtomobillərinə - QADAĞA QOYDU

Daha bir ölkə Rusiya avtomobillərinə - QADAĞA QOYDU Dünya

Bolqarıstanda Rusiya dövlət nömrə nişanlı avtomobillərin ölkəyə girişi qadağan edilib. 

News24.az vedomosti.ru-ya istinadla xəbər verir ki, bu barədə ölkənin sərhəd polisinin rəhbəri Anton Zlatanov məlumat verib.

Onun sözlərinə görə, məhdudiyyət oktyabrın 2-dən qüvvəyə minəcək.

“Əminəm ki, günün sonunda Rusiya avtomobillərinin Bolqarıstana girişinə qadağa başlayacaq”, - o, artıq Rusiya yük maşınlarına müvafiq qadağanın olduğunu xatırladıb.

Sentyabrın 8-də Avropa Komissiyası Rusiya avtonəqliyyat vasitələrinin Aİ ölkələrinə girişi ilə bağlı açıqlama dərc edib. Buna əsasən, Rusiya avtomobillərinin şəxsi və ya kommersiya məqsədləri üçün istifadə edilməsindən asılı olmayaraq müsadirə oluna bilər. Rusiya nömrə nişanlı avtomobillərin sərhədi keçməsinə qadağa artıq bir sıra Aİ ölkələrində - Litva, Finlandiya, Estoniya, Polşa da tətbiq olunub. Oktyabrın 3-dən oxşar qadağa Norveçdə də tətbiq olunacaq.

Akqabay