Daha bir ölkədə güclü zəlzələ oldu

Daha bir ölkədə güclü zəlzələ oldu Dünya

İndoneziyada 5,1 bal gücündə zəlzələ baş verib.

News24.az xəbər verir ki, yeraltı təkanlar Mərkəzi Sulavesi əyalətində qeydə alınıb.

Yeraltı təkanlar nəticəsində bir nəfər həyatını itirib.

İndoneziya Meteorologiya, İqlim və Geofizika Agentliyinin məlumatına görə, zəlzələ yaşayış evləri və ictimai binalarda zədələrə səbəb olub.

Hakimiyyət təhlükəsizlik məqsədilə əhaliyə təxliyə xəbərdarlığı edib.