Daha bir ölkədə "Telegram" qadağan edildi
Dünya
İordaniya hakimiyyəti milli təhlükəsizliyə təhdid yaratdığı əsas gətirilərək “Telegram” messencerinin ölkə ərazisində fəaliyyətini bloklayıb.
News24.az xəbər verir ki, bu barədə ölkənin İctimai Təhlükəsizlik İdarəsi məlumat yayıb.
Qurumun açıqlamasında bildirilib ki, platformadan ekstremizmin təbliği, kibercinayətlərin törədilməsi, hədə-qorxu və şantaj məqsədilə istifadə olunması milli təhlükəsizlik üçün risk yaradır.
Hakimiyyət həmçinin qanunsuz məzmunun yayılmasının və cinayətkar qruplar arasında əlaqələrin qarşısının alınmasının vacibliyini vurğulayıb.
İordaniya vətəndaşlarına naməlum hesablarla əlaqə saxlamamaq, şübhəli keçidlərə daxil olmamaq və qanun pozuntuları barədə aidiyyəti qurumlara məlumat vermək tövsiyə olunub.