Daha bir ölkədən sosial şəbəkə qadağası

Daha bir ölkədən sosial şəbəkə qadağası Dünya

Avstraliyadan sonra Yeni Zelandiya da 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsini məhdudlaşdıran qanun hazırlayır.

News24.azxəbər verir ki, müvafiq qanun layihəsi gələn bazar ertəsi parlamentə təqdim olunacaq.

Baş nazir Kristofer Laksonun sözlərinə görə, sənəd bütün populyar sosial şəbəkələri istifadəçilərin yaşını yoxlamağa məcbur edəcək.

Qanunu pozan şirkətləri qlobal gəlirlərinin 10 faizinə qədər cərimə gözləyir.

Bununla belə, qanunun 7 noyabrda keçiriləcək seçkilərə qədər qəbul olunacağı ehtimal edilmir.