Danışıqların 5-ci raundu başlayır
Dünya
İsrail və Livan arasında sülh yolu ilə nizamlanmaya dair danışıqların beşinci raundu çərşənbə günü ABŞ-də keçiriləcək.
News24.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbər müavini Tommi Piqott “X” sosial şəbəkəsində məlumat verib.
O bildirib ki, mayın 2-də ABŞ-də keçirilmiş dördüncü raund çərçivəsində tərəflər hərtərəfli razılaşmaya yaxınlaşmaq istiqamətində müəyyən irəliləyiş əldə ediblər.
“Son 20 ilin problemlərini aradan qaldırırıq və Livanın suverenliyinin bərpasına, eləcə də, İsrailin təhlükəsizliyinin təmin olunmasına yönəlmiş hərtərəfli sazişə doğru irəliləyirik”, — deyə Piqott yazıb.