Danon: İsrail üçün çətin olacaq

Danon: İsrail üçün çətin olacaq Dünya

İsrailin BMT-dəki daimi nümayəndəsi Denni Danon ABŞ Konqresində siyasi balansın dəyişməsinin ölkəsi üçün çətinlik yaradacağını bildirib.

News24.az xəbər verir ki, Danon bu barədə “i24NEWS” telekanalına müsahibəsində danışıb.

O qeyd edib ki, Konqresdə həm Demokratlar, həm də Respublikaçılar arasında İsraili tənqid edən şəxslərin sayı artır.

Danonun sözlərinə görə, Konqres üzvlərinin əksəriyyəti İsrailə qarşı olmasa da, tənqidi mövqedə olan nüfuzlu bir qrupun təsiri artır.

O, ABŞ-nin hər iki partiyasının nümayəndələri ilə əlaqələri davam etdirməyin vacibliyini vurğulayıb.